Yüksək Liqa: “Gəncə” uduzdu, “Azərreyl” qalib gəldi

Bu gün voleybol üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, qadınların yarışında 8-ci tur çərçivəsində “Gəncə” “Milli Aviasiya Akademiyası” ilə üz-üzə gəlib.

Gəncə İdman Sarayında baş tutmuş bu görüş qonaqların qələbəsi ilə yekunlaşıb – 3:2.

Kişilərin mübarizəsində isə 2-ci turdan təxirə salınmış matçda “Azərreyl” “Gənclər”lə qarşılaşıb. Fövqəladə Hallar Nazirliyinin idman zalında keçirilmiş oyunda “Azərreyl” rəqibini 3:0 hesabı ilə məğlub edib.

Yüksək Liqa
9 yanvar

Kişilər, 2-ci turdan təxirə salınan oyun

“Azərreyl” – “Gənclər” 3:0 (25:11, 25:12, 25:20)
Fövqəladə Hallar Nazirliyinin idman zalı.

Qadınlar, 8-ci tur

“Gəncə” – “Milli Aviasiya Akademiyası” 2:3 (25:20, 25:22, 19:25, 15:25, 9:15)
Gəncə İdman Sarayı.

Xəbəri sosial şəbəkələrdə paylaş: