Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 12-ci turunun növbəti oyunu keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə bir qarşılaşma baş tutub.
B qrupunda “Naxçıvan” “Sumqayıt”la üz-üzə gəlib. “Sərhədçi” İdman Mərkəzində keçirilmiş oyun naxçıvanlıların 97:81 hesablı qələbəsi ilə bitib.
Xatırladaq ki, turun ötən gün keçirilmiş görüşlərində “Ordu” “Quba”nı (116:111), “Lənkəran” isə “Sərhədçi”ni (72:69) üstələyib. 12-ci tura yanvarın 11-də yekun vurulacaq.
A qrupu: Abşeron Lions – 21. Sabah – 19. Gəncə – 15. Neftçi – 14. Şəki – 13. NTD – 11.
B qrupu: Ordu – 24. Naxçıvan – 21. Sərhədçi – 16. Quba – 16. Lənkəran – 16. Sumqayıt – 15.
Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.
Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.


