ABL: “Lənkəran” “Sərhədçi”yə evdə uduzdu

Bu gün keçirilmiş bir oyunla Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 17-ci turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Sərhədçi” səfərdə “Lənkəran”la üz-üzə gəlib. Lənkəran Olimpiya İdman Kompleksində keçirilmiş qarşılaşma qonaqların 83:69 hesablı qələbəsi ilə yekunlaşıb.

17-ci tura fevralın 14-də yekun vurulacaq.

A qrupu: Sabah – 31. Abşeron Lions – 30. Gəncə – 24. Neftçi – 23. NTD – 19. Şəki – 18.

B qrupu: Ordu – 31. Naxçıvan – 28. Sərhədçi – 23. Sumqayıt – 22. Quba – 22. Lənkəran – 21.

Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.

Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: