Futbol üzrə Belçika çempionatında 2020/21 mövsümünün qalibi məlum olub.
Arena.az xəbər verir ki, “Brügge” sona bir tur qalmış çempionluğunu rəsmiləşdirib.
Sözügedən komanda çempionluq qrupunda 44 xalla ən yaxın izləyicisi “Genk”i 3 xal qabaqlayıb.
Qeyd edək ki, “Brügge” klub tarixində 17-ci dəfə Belçika çempionu olub. Bu ölkənin ən çox çempionluq sevinci yaşamış klubu isə “Anderlext”dir – 34 dəfə.


