La Liqa: 2025/2026-cı illər mövsümünə yekun vuruldu

Bu gün keçirilmiş sonuncu oyunla futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünə yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu – 38-ci turun və mövsümün qapanış matçı “Vilyarreal”la “Atletiko” arasında baş tutub.

Bürünc medalların taleyinə aydınlıq gətirən bu qarşılaşmada qapılara bütövlükdə 6 qol vurulub. “Vilyarreal” doğma meydanda darmadağına sevinərək çempionatı 3-cü pillədə bitirib.

Beləliklə, “Barselona” 94 xalla çempion olub, “Real” 86 xalla gümüş, “Vilyarreal” 72 xalla bürünc medallara sahib çıxıb. “Atletiko” 69, “Betis” 60 xal toplayıb. Bu beş komandanın hamısı növbəti mövsümdə İspaniyanı UEFA Çempionlar Liqasında təmsil edəcəklər.

54 xalla 6-cı yeri tutmuş “Selta”, eləcə də 46 xalla 10-cu pillədə qərarlaşmış “Real Sosyedad” Avropa Liqasına, 51 xalla 7-ci olmuş “Xetafe” isə Konfrans Liqasına vəsiqə qazanıb.

“Malyorka” (42), “Jirona” (41) və “Real Ovyedo” (29) da La Liqa ilə vidalaşıblar.

İspaniya, La Liqa
38-ci tur
23 may

Alaves – Rayo Valyekano 1:2
Qollar: T.Martines, 13 – Kamelyo, 73. Nteka, 90.

Betis – Levante 2:1
Qollar: Ezzalzuli, 5. Fornals, 68 – Espi, 45+1.

Selta – Sevilya 1:0
Qol: Moriba, 51.

Espanyol – Real Sosyedad 1:1
Qollar: Fernandes, 65 – Oskarsson, 28.

Xetafe – Osasuna 1:0
Qol: Milya, 59.

Jirona – Elçe 1:1
Qollar: A.Martines, 48 – A.Rodriqes, 39.

Valensiya – Barselona 3:1
Qollar: Querra, 66. Rioxa, 71. Q.Rodriqes, 90+7 – Levandovski, 61.

Real – Atletik 4:2
Qollar: Q.Qarsiya, 12. Bellingem, 41. Mbappe, 51. B.Dias, 88 – Quruseta, 45+1. İseta, 90+1.

Malyorka – Real Ovyedo 3:0
Qollar: Torre, 42. Morlanes, 83. Muriqi, 88.

24 may

Vilyarreal – Atletiko 5:1
Qollar: Parexo, 30-pen. A.Peres, 34; 54. Mikautadze, 40. Qeye, 45 – Pubill, 43.

Xəbəri sosial şəbəkələrdə paylaş: