“Şəfa” baş məşqçisi Elgiz Kərəmli ilə vidalaşdı

2026/2027-ci illər mövsümündən etibarən Azərbaycan Premyer Liqasında çıxış edəcək “Şəfa” baş məşqçisi Elgiz Kərəmli ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Klub Elgiz Kərəmliyə xidmətlərinə görə təşəkkür edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Xatırladaq ki, 34 yaşlı mütəxəssis “Şəfa”nın Premyer Liqaya qayıtmasında pay sahibi olub. Onun rəhbərliyi ilə komanda əvvəlcə 2024/2025-ci illər mövsümündə İkinci Liqanın gümüş mükafatçısı, 2025/2026 mövsümündə isə Birinci Liqanın çempionu olub.

Sözügedən komanda artıq geridə qalmış 2025/2026-cı illər mövsümündə Birinci Liqada keçirdiyi 27 oyunda 16 qələbə qazanıb, 9 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb. Elgiz Kərəmlinin komandası 57 xalla ən yaxın izləyicisi “Mingəçevir”i 6 xal qabaqlayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: