Türkiyə millisinin, eləcə də “Beşiktaş” və “Fənərbağça” klublarının sabiq yarımmüdafiəçisi Tolqay Arslan peşəkar karyerasını başa vurub.
Arena.az xəbər verir ki, təcrübəli futbolçu bu barədə sosial şəbəkə hesabında bildirib.
O, 35 yaşında futbolla vidalaşıb. Tolqay karyerası ərzində ona dəstək olmuş hər kəsə təşəkkürünü bildirib.
Xatırladaq ki, Almaniyada dünyaya göz açmış Tolqay Arslan karyerası ərzində “Hamburq”, Alemanniya”, “Beşiktaş”, “Fənərbağça”, “Udineze”, “Melburn Siti” və “Hiroşima” kimi klubların şərəfini qoruyub. Yarımmüdafiəçi “Beşiktaş”ın heyətində iki dəfə Türkiyə çempionu olub. O, “Hiroşima” ilə Yaponiya Liqa Kubokunu və Yaponiya Super Kubokunu da qazanıb.
Tolqay Almaniyanın U-20 və U-21, Türkiyənin U-19 və U-21 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.


