Minifutbol üzrə Azərbaycan milli komandası Slovakiyada təşkil edilmiş Avropa çempionatında bu gün növbəti oyununa çıxacaq.
Arena.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv F qrupundakı üçüncü və sonuncu matçında Fransa yığması ilə üz-üzə gələcək.
Qarşılaşma “Tipos Arena”da baş tutacaq. Oyuna Bakı vaxtı ilə saat 15:15-də start veriləcək.
Qeyd edək ki, bu görüş qrup liderliyi baxımından önəmli olacaq. Belə ki, milli komandamız hazırda F qrupunda 6 xalla liderdir. Fransa yığmasının 4, İtaliya millisinin 1 xalı var. Hər iki matçda uduzmuş Avstriya yığmasının xalı yoxdur.
Xatırladaq ki, ilk oyunda Avstriya (1:0), daha sonra İtaliyanı (3:0) məğlub etmiş minifutbol millimiz pley-offa vəsiqəni təmin edib.
Avropa çempionatına iyunun 4-də yekun vurulacaq.


