Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün dünya çempionatının (DÇ-2027) seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer almış millimiz sonuncu oyununda Şimali Makedoniya yığması ilə qarşılaşıb.
Bitola şəhərindəki Petar Miloşevski adına stadiondanunda təşkil edilmiş qarşılaşmanı Gürcüstandan olan hakimlər briqadası idarə edib. Matçın baş hakimi Teona Sturua olub.
Dörd qolun qeydə alındığı oyun Azərbaycan yığmasının inamlı qələbəsi ilə yekunlaşıb. Komandamızın qollarını Kristina Bakarandze, Manə Mollayeva və Nigar Mirzəliyeva vurublar.
Beləliklə, Azərbaycan millisi bu qrupda 12 xalla 2-ci yeri tutub. Macarıstan yığması 16 xalla qrup lideri olub. Şimali Makedoniya yığması 6, Andorra seçməsi 1 xalla kifayətlənib.
Xatırladaq ki, yığmamız bu qrupda Macarıstana səfərdə 0:1, evdə 1:2 hesabı ilə uduzmuşdu. Əvəzində millimiz evdə və səfərdə Andorranı (3:1, 2:0), həmçinin Bakıda Şimali Makedoniyanı (2:0) məğlub etmişdi.
DÇ-2027-nin seçmə mərhələsi
C Liqası, 3-cü qrup
9 iyun
Şimali Makedoniya – Azərbaycan 1:3
Qollar: Hava Mustafa, 11 – Kristina Bakarandze, 7. Manə Mollayeva, 28. Nigar Mirzalıyeva, 37.
Hakimlər: Teona Sturua, Elene Eloşvili, Sopo Tsuluya, Tamta Şengeliya (hamısı Gürcüstan).
Bitola. Petar Miloşevski stadionu.


