Azərbaycanı 2026/2027-ci illər mövsümündə futbol üzrə Avropa Konfrans Liqasında təmsil edəcək “Zirə” bu gün növbəti yoxlama oyununa çıxıb.
Arena.az xəbər verir ki, Türkiyədə təlim-məşq toplanışında olan Rəşad Sadıqovun komandası yerli “Fatih Karagümrük” kollektivi ilə qarşılaşıb.
Matç Azərbaycan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Paytaxt klubunun heyətində Georgi Papunaşvili fərqlənib.
Xatırladaq ki, “Zirə” daha öncə hazırlıq prosesi çərçivəsində Bakıda “Qarabağ”la qarşılaşmış və rəqibinə 3:4 hesabı ilə məğlub olmuşdu. Qəsəbə təmsilçisi Türkiyə toplanışı çərçivəsində də Özbəkistan klubu “Navbahor”a 1:3, yerli “İğdır”a isə 3:4 hesabı ilə uduzmuşdu.
Xatırladaq ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda bu mövsüm Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək. Qəsəbə təmsilçisi ilk təsnifat mərhələsində Gürcüstanın “Torpedo” (Kutaisi) kolletkivi ilə üz-üzə ələcək.


