Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.
Arena.az xəbər verir ki, bu gün 1/16 final mərhələsinin növbəti oyunu keçirilib.
Mundialın meydan sahiblərindən olan ABŞ millisi 1/8 finala vəsiqə uğrunda Bosniya və Herseqovina yığması ilə qarşılaşıb. Santa Klara şəhərində (Kaliforniya, ABŞ) təşkil edilmiş matçda meydan sahibləri inamlı qələbəyə seviniblər. İlk hissədə Folarin Baloqun, ikinci hissədə isə Malik Tillman fərqlənməklə amerikalılara 2:0 hesablı qələbə qazandırıblar.
ABŞ seçməsi 1/8 finalda Belçika yığması ilə üz-üzə gələcək.
Xatırladaq ki, daha öncə Kanada, Braziliya, Paraqvay, Mərakeş, Norveç, Fransa, Meksika, İngiltərə və Belçika yığmaları da 1/8 finala vəsiqə qazanmışdılar.
DÇ-2026
1/16 final
2 iyul
ABŞ – Bosniya və Herseqovina 2:0
Qollar: Folarin Baloqun, 45. Malik Tillman, 82.


