DÇ-2026: Norveç Braziliyanı 1/4 finala buraxmadı

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.

Mundialın əsas favoritlərindən hesab edilən Braziliya yığması Norveç millisi ilə üz-üzə gəlib. Nyu-Cersidə (Nyu-York, ABŞ) təşkil edilmiş bu matçda Avropa təmsilçisi rəqibini 2:1 hesabıyla məğlub edib.

Norveç millisinin heyətində Erlinq Haland dubla imza atıb. “Sambaçılar”ın təsəlli qolunu isə 90+10-cu dəqiqədə penaltidən fərqlənmiş Neymar vurub.

Bu qələbə ilə 1/4 finala yüksələn Norveç millisinin rəqibi Meksika – İngiltərə cütünün qalibi olacaq.

DÇ-2026
1/8 final
6 iyul

Braziliya – Norveç 1:2
Qollar: Neymar, 90+10-pen – Erlinq Haland, 79; 90.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: