AFFA prezidenti Rövşən Nəcəf “Sabah”, “Zirə” və “Qarabağ” komandalarına avrokubokların 2026/2027-ci illər mövsümündə uğurlar arzulayıb.
Arena.az xəbər verir ki, o, bu barədə “X” hesabında paylaşım edib.
Paylaşımda bunlar qeyd edilib:
“UEFA klub turnirlərinin təsnifat mərhələlərinə start verilir. Üç gün ərzində “Sabah”, “Qarabağ” və “Zirə” müvafiq olaraq UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının təsnifat mərhələlərində ölkəmizi təmsil etmək üçün meydana çıxacaqlar. Təmsilçilərimizə ölkəmizi layiqincə təmsil etmək yolunda uğurlu nəticələr arzulayıram”, – deyə AFFA prezidenti bildirib.
Qeyd edək ki, avrokubokların yeni mövsümündə əvvəlcə “Sabah” bu gün Uels təmsilçisi TNS ilə üz-üzə gələcək. Sabah “Zirə” də doğma meydanda Gürcüstanın “Torpedo” (Kutaisi) kollektivini sınağa çəkəcək. İyulun 9-da isə “Qarabağ” Bakıda İslandiyanın “Vestri” komandası ilə üz-üzə gələcək.


