Fabian Ruis DÇ və ÇL-i eyni mövsümdə qazanan 10-cu futbolçu oldu

İspaniya millisinin üzvü Fabian Ruis eyni mövsümdə həm dünya çempionatını, həm də Çempionlar Liqasını qazanan futbolçuların sırasına qoşulub.

Arena.az xəbər verir ki, 30 yaşlı futbolçu bu uğura DÇ-2026-nın qalibi olmaqla nail olub.

Yarımmüdafiəçi əvvəlcə Fransa təmsilçisi PSJ ilə UEFA Çempionlar Liqasının qalibi olub, daha sonra isə İspaniya millisinin heyətində DÇ-2026-nın qızıl medalını qazanıb.

Fabian Ruis bu nailiyyətə çatan tarixdə 10-cu futbolçu olub.

Daha əvvəl eyni mövsümdə həm dünya çempionatı, həm də Avropanın ən nüfuzlu klub turnirində qalib gələn futbolçular bunlar idi:

Frans Bekkenbauer (Almaniya)
Gerd Müller (Almaniya)
Zepp Mayer (Almaniya)
Hans-Georq Şvartenbek (Almaniya)
Paul Braytner (Almaniya)
Uli Hönes (Almaniya)
Kristian Karambö (Fransa)
Rafael Varan (Fransa)
Roberto Karlos (Braziliya)

Qeyd edək ki, İspaniya millisi DÇ-2026-nın finalında Argentinaya 1:0 hesabı ilə qalib gəlib. Görüşün taleyini əlavə vaxtda vurulan qol həll edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: