De Yonqun sağ diz bağı qırılıb – “Barsa”dan açıqlama

Niderland milli komandasının və İspaniyanın “Barselona” klubunun yarımmüdafiəçi Frenki de Yonqun uzun müddətə sıradan çıxdığı təsdiqlənib.

Arena.az xəbər verir ki, “Barselona” futbolçunun zədəsinin xarakterini açıqlayıb.

Kataloniya təmsilçisinin yaydığı rəsmi məlumata görə, Niderland millisinin üzvünün sağ dizinin medial kollateral bağı (MCL) qırılıb. Futbolçu zədəni yenicə başa çatmış dünya çempionatı (DÇ-2026) zamanı alıb.

Klubun bəyanatında bildirilir ki, De Yonqun cərrahi əməliyyata ehtiyacı yoxdur. O, sadəcə həkimlərin nəzarəti altında konservativ müalicə alacaq. Futbolçunun bərpa prosesi yaxın həftələrdə vəziyyətindən asılı olaraq qiymətləndiriləcək.

İspaniyanın “Marca” nəşrinin məlumatına görə, 29 yaşlı yarımmüdafiəçinin yaşıl meydanlara qayıtması üçün ən azı bir neçə həftə vaxt tələb olunacaq. Onun 2026/2027-ci illər mövsümünün startına qədər hazır olub-olmayacağı isə hələ dəqiq bilinmir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: