Futbol üzrə İspaniya çempionatının sonuncu qalibi “Barselona” ənənəvi mövsümöncəsi Joan Qamper Kuboku turnirindəki rəqibini rəsmən açıqlayıb.
Arena.az xəbər verir ki, Kataloniya təmsilçisi turnirin 61-ci buraxılışında Misirin “Əl-Əhli” klubu ilə üz-üzə gələcək.
Qarşılaşma avqustun 19-da “Kamp Nou” stadionunda keçiriləcək.
Xatırladaq ki, ötənilki Joan Qamper Kubokunda “Barsa”a İtaliyanın “Komo” komandasını 5:0 hesabı ilə darmadağın etmişdi.
Joan Qamper Kuboku 1966-cı ildə klubun o zamankı prezidenti Enrike Laudetin təşəbbüsü ilə “Barselona”nın əfsanəvi banisi Joan Qamperin xatirəsinə təsis edilmiş ənənəvi yoldaşlıq turniridir.
Turnirin tarixində ən uğurlu komanda məhz “Barsa”dır. Kataloniyalılar bu kuboku 47 dəfə qazanıblar. Almaniyanın “Köln” klubu iki, “Mançester Siti”, “Yuventus”, “Valensiya”, “Portu”, “Monako”, “Sampdoriya”, “Tenerife”, “Mexelen”, “İnternasional”, Mönhenqladbax “Borussiya”sı və Macarıstanın “Uypeşt” klubları isə hərəyə bir dəfə turnirin qalibi olublar.


