Rikardo Manqas “Montsa”da!

Lissabon “Sportinq”inin portuqaliyalı müdafiəçisi Rikardo Manqas bundan sonra İtaliyanın “Montsa” klubunun uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı futbolçu Portuqaliya klubundan 2026/2027-ci illər mövsümünün sonunadək icarəyə götürülüb. Müqavilədə müəyyən şərtlər yerinə yetiriləcəyi təqdirdə transfer hüquqlarının məcburi satın alınması maddəsi də yer alıb.

Rikardo Manqas peşəkar karyerasına “Deportivo Aves”də başlayıb. Daha sonra “Boavişta”, Fransanın “Bordo” klubu və “Vitoriya Gimarayş”ın formasını geyinmiş müdafiəçi Avropa Konfrans Liqasının təsnifat mərhələsində də çıxış edib. Manqas 2024–2025-ci illərdə Moskva “Spartak”ında çıxış edib. Bundan sonra vətəninə qayıdaraq “Sportinq”ə transfer olunan futbolçu Lissabon klubunda ümumilikdə 23 matç keçirib. Lissabon təmsilçisi həmin mövsümü Portuqaliya çempionatında ikinci pillədə başa vurub və ölkə kubokunun finalına yüksəlib.

Sol cinah müdafiəçisi kimi çıxış edən Manqaskaryerasında ilk dəfə İtaliya A Seriyasında mübarizə aparacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: