PSJ-nin və Fransa milli komandasının gənc hücumçusu Bredli Barkola Paris klub ilə yeni müqavilə imzalamaq niyyətində deyil.
Arena.az xəbər verir ki, 23 yaşlı futbolçu cari yay transfer pəncərəsində Avropanın digər aparıcı klublarından gələcək təklifləri nəzərdən keçirməyə hazırdır.
Onun transferində ən ciddi maraq göstərən klublardan biri “Liverpul” hesab olunur.
Barkolanın PSJ ilə hazırkı müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. “Transfermarkt” portalı fransalı vingerin bazar dəyərini 70 milyon avro qiymətləndirir.
Hücumçu 2025/2026-cı illər mövsümündə PSJ-nin heyətində bütün turnirlər çərçivəsində 49 oyuna çıxaraq 13 qol vurub və 7 məhsuldar ötürmə verib.
Barkola 2026-cı il dünya çempionatında da Fransa millisinin heyətində uğurlu çıxış edib. O, turnirdə keçirdiyi 8 matçda 3 qola və 1 məhsuldar ötürməyə imza atıb.


