Futbol üzrə Fransa milli komandasının yeni baş məşqçisi Zinəddin Zidan bu vəzifəyə təyin olunmasından sonra ilk açıqlamasını verib.
Arena.az xəbər verir ki, 2030-cu ilin yayına qədər müqavilə imzalamış mütəxəssis Fransa millisinə rəhbərlik etməyin onun üçün həm böyük sevinc, həm də böyük məsuliyyət olduğunu bildirib:
“Bu komandanın baş məşqçisi olmaq mənim üçün böyük sevinc və əlbəttə ki, böyük qürurdur. Eyni zamanda bu, böyük məsuliyyətdir. Fransa millisi ilə bağlı böyük ambisiyalarımın olduğunu deməyə ehtiyac yoxdur”, – deyə təcrübəli məşqçi Fransa Futbol Federasiyasının mətbuat xidmətinə açıqlamasında bildirib.
Xatırladaq ki, Zinəddin Zidan bu vəzifədə 2012-ci ildən Fransa millisini çalışdıran Didye Deşamı əvəz edib. Onun Fransa Futbol Federasiyası ilə müqaviləsi 2030-cu ilin yayına qədər nəzərdə tutulub.


