Luka Koleoşo birdəfəlik “Paris”ə transfer olundu

Futbol üzrə İtaliya millisinin cinah hücumçusu Luka Koleoşo İngiltərənin “Börnli” klubundan ayrılaraq Fransanın “Paris” komandasına keçib.

Arena.az xəbər verir ki, “Paris” italiyalı vingerin transferini rəsmən açıqlayıb.

Klubun rəsmi məlumatına görə, 21 yaşlı futbolçu “Börnli”dən birdəfəlik transfer edilib. Tərəflər 2031-ci ilin yayına qədər nəzərdə tutulmuş uzunmüddətli müqavilə imzalayıblar.

“Transfermarkt” portalının məlumatına əsasən, transferin məbləği 14 milyon avro təşkil edib.

Koleoşo ötən mövsümün ilk yarısını icarə əsasında məhz “Paris”də keçirdiyindən komandaya artıq yaxşı bələddir. O, 2025/2026-cı illər mövsümündə Fransa təmsilçisinin heyətində 18 rəsmi oyunda meydana çıxaraq 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Luka Koleoşo İspaniyanın “Espanyol” klubunun yetirməsidir. O, 2023-cü ildə “Börnli”yə transfer olunmuşdu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: