ÇL: “Sabah” “Orhus” səddini keçsə…

Futbol üzrə Azərbaycan çempionu “Sabah”ın UEFA Çempionlar Liqasının (ÇL) pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

Arena.az xəbər verir ki, ÇL-in 2026/2027-ci illər mövsümünün püşkatma mərasimi bu gün İsveçrənin Nyon şəhərində təşkil edilib.

Mərasimdə Azərbaycan çempionunun da növbəti raunddakı rəqibi bəlli olub. Bakı klubu turnirin 3-cü təsnifat mərhələsində Danimarka təmsilçisi “Orhus”u mübarizədən kənarlaşdıracağı təqdirdə “Hapoel” (İsrail, Beer-Şeva”) – “Srvena Zvezda” (Serbiya) cütünün qalibi ilə qarşılaşacaq.

Türkiyə təmsilçisi “Fənərbağça” isə 3-cü raundda “Şturm”u (Avstriya) keçə bilsə, pley-offda “Sparta” (Praqa, Çexiya) – “Olimpik” (Lion, Fransa) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları avqustun 18-19-da keçiriləcək. Cavab görüşləri isə 25-26 avqustda baş tutacaq.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi
18-19 avqust – 25/26 avqust

Levski (Bolqarıstan)/Kayrat (Qazaxıstan) – AEK (Yunanıstan)

Seltik (Şotlandiya) – LASK (Avstriya)

Dinamo (Zaqreb, Xorvatiya)/Kauno Jalgiris (Litva) – Vikinq (Norveç)

Myallbü (İsveç)/Slovan (Slovakiya) – Ararat (Ermənistan)/Çelye (Sloveniya)

Hapoel (Beer-Şeva, İsrail)/Srvena Zvezda (Serbiya) – Orhus (Danimarka)/Sabah (Azərbaycan)

Fənərbağça (Türkiyə)/Şturm (Avstriya) – Sparta (Praqa, Çexiya)/Olimpik (Lion, Fransa)

Olimpiakos (Yunanıstan)/NEK (Niderland) – Yunion (Belçika)/Bodo Qlimt (Norveç)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: