Futbol üzrə Azərbaycan çempionu “Sabah” bu gün UEFA Çempionlar Liqasının 2026/2027-ci illər mövsümündə növbəti oyununa çıxacaq.
Arena.az xəbər verir ki, paytaxt təmsilçisi qitənin ən nüfuzlu klub turnirinin 3-cü təsnifat mərhələsində Danimarka çempionu “Orhus”la qarşılaşacaq.
Sözügedən komandalar arasındakı ilk oyun Randers şəhərində təşkil ediləcək. Azərbaycan çempionu səfərdən sərfəli nəticə ilə qayıtmağa çalışacaq ki, ev oyununda növbəti mərhələyə vəsiqəni təmin edə bilsin.
Qarşılaşmanı Sloveniyadan olan FİFA referisi Rade Obrenoviç idarə edəcək. Oyuna Bakı vaxtı ilə saat 20:30-da start veriləcək.
Xatırladaq ki, bu komandalar arasındakı cavab qarşılaşması gələn həftə “Masazır Arena”da baş tutacaq.
UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunu
5 avqust
20:30. Orhus – Sabah
Baş hakim: Rade Obrenoviç (Sloveniya).
Randers. Randers şəhər stadionu.


