Futbol üzrə Azərbaycan çempionu “Sabah” bu gün UEFA Çempionlar Liqasının 2026/2027-ci illər mövsümündə növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, paytaxt təmsilçisi qitənin ən nüfuzlu klub turnirinin 3-cü təsnifat mərhələsində Danimarka çempionu “Orhus”la qarşılaşıb.
Sözügedən komandalar arasındakı ilk oyun Randers şəhərində təşkil edilib. Azərbaycan çempionu səfərdən sərfəli nəticə ilə qayıtmağa çalışıb ki, ev oyununda növbəti mərhələyə vəsiqəni təmin edə bilsin. Lakin Sloveniyadan olan FİFA referisi Rade Obrenoviçin idarə etdiyi oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, bu komandalar arasındakı cavab qarşılaşması gələn həftə “Masazır Arena”da baş tutacaq.
UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunu
5 avqust
Orhus – Sabah 2:1
Qollar: Ceyms Boqere, 31; 63 – Velko Simiç, 67.
Baş hakim: Rade Obrenoviç (Sloveniya).
Randers. Randers şəhər stadionu.
Orhus: 21. Mads Kristiansen, 4. Maqnus Knudsen, 5. Frederik Tingaqer, 19. Kristian Arnstad (k), 16. Yens Yonsson, 19. Erik Kahl, 23. Mikael Anderson, 25. Kolin Röster, 28. Ceyms Boqere, 31. Tobias Bex, 39. Frederik Emmeri.
Ehtiyat oyunçular: 1. Yesper Hansen, 7. Markus Solbakken, 8. Sebastyan Yorgensen, 11. Gift Links, 13. Yanni Serra, 20. Tomas Kristyansson, 26. Yakob Andersen, 27. Stefen Tçamçe, 29. Ramus Karstensen, 44. Məhəmməd Kamara, 45. Kristian Stork, 46. Hamuza Senqoba.
Baş məşqçi: Yakob Poulsen.
Sabah: 92. Stas Pokatilov (k), 3. Stiv Solvet, 5. Rəhman Daşdəmirov, 7. Umarali Rahmonaliyev, 19. Aleksey İsayev, 11. Kahim Parris, 13. İvan Lepinitsa, 20. Coy Lens Mikels, 21. Veliko Simiç, 27. Timoteuş Puxaç, 80. Akim Zedadka.
Ehtiyat oyunçular: 1. Amin Ramazanov, 94. Rəvan Mirzəmmədov, 4. Eyden Makkarti, 6. Abdulla Xaybullayev, 8. Kristian Nvaçukvu, 16. Rauf Rüstəmli, 17. Tellur Mütəllimov, 23. Yunes Laşaab, 33. Erivaldo Almeyda, 34. Ksander Severina, 88. Rodriqo Fernandes, 99. Patrik Mbina.
Baş məşqçi: Valdas Dambrauskas.


