Kot-d’İvuar millisinin və Almaniyanın “Leypsiq” klubunun cinah hücumçusu Yan Dyomande bundan sonra “Real”ın uğurları üçün çalışacaq.
Arena.az bu barədə Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.
İspaniya klubu bu keçid üçün “Leypsiq”ə 125 milyon avro ödəyib, daha 15 milyon avro isə bonuslar şəklində nəzərdə tutulub. 19 yaşlı futbolçu ilə 2033-cü ilin yayınadək nəzərdə tutulmuş 7 illik müqavilə imzalanıb.
Yan Dyomande peşəkar karyerasına İspaniyanın “Leqanes” klubunda başlayıb. “Leypsiq” onu 2025-ci ilin yayında 20 milyon avro məbləğ müqabilində məhz İspaniya klubundan transfer etmişdi. 19 yaşlı cinah hücumçusu Almaniya klubunun heyətində indiyə qədər 36 oyuna çıxıb, 13 qol vurub, 10 məhsuldar ötürmə verib.
Kot-d’İvuarın U-17 və U-23 yığmalarında da oynamış Dyomande 2025-ci ildə debüt etdiyi əsas millinin heyətində 14 oyun keçirib, 3 qola imza atıb, 1 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 19 yaşlı vingerin transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.


