Lukas Din yenidən PSJ-də!

“Aston Villa”nın 33 yaşlı fransalı sol cinah müdafiəçisi Lukas Din Birmingem klubundan ayrılaraq keçmiş komandası PSJ-yə qayıdıb.

Arena.az bu barədə Paris klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

33 yaşlı futbolçu köhnə-yeni klubu ilə 2029-cu ilin 30 iyununa qədər nəzərdə tutulmuş 3 illik müqavilə imzalayıb.

Bu, Din üçün paytaxt klubundakı ilk çıxış olmayacaq. O, daha əvvəl 2013-2016-cı illərdə də PSJ-nin formasını geyinib və bu müddətdə 8 titul qazanıb. Müdafiəçi həmin dövrdə cəmi 44 oyuna çıxıb və 5 assistlə yadda qalıb.

Müdafiəçinin karyerasında Fransanın “Lill”, İtaliyanın “Roma”, İspaniyanın “Barselona” və İngiltərənin “Everton” klubları da yer alıb.

“Aston Villa” Dini 2022-ci ilin yanvvar ayında “Everton”dan 30 milyon avro məbləğində tamhüquqlu əsasda “şirlər”in düşərgəsinə qatmışdı. Fransalı futbolçu bu komandanın heyətində 182 oyuna çıxıb, 4 qol vurub, 24 məhsuldar ötürmə verib.

Lyuka 2014-cü ilin mart ayında debüt etdiyi Fransa yığmasının heyətində 64 oyuna çıxıb, 10 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 33 yaşlı fransalı sol cinah müdafiəçisinin transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: