Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2026/2027-ci illər mövsümündə ilk matçına çıxıb.
Arena.az xəbər verir ki, Təbriz klubu 1-ci tur çərçivəsində “Paykan”la qarşılaşıb.
İranlı Cavad Nekunamın çalışdırdığı kollektiv bu rəqiblə doğma meydanda üz-üzə gəlib. “Traktorçular” bu görüşün yekununda inamlı qələbəyə seviniblər – 2:0. Təbrizlilərin hər iki qolunu Şəhriyar Moğanlu vurub. O, 34-cü də 45+13-cü dəqiqələrdə fərqlənib. Rəqib komanda isə 45+12-ci dəqiqədə azlıqda qalıb.
Qeyd edək ki, bu, “Traktor”un yeni baş məşqçisinin rəhbərliyi altındakı ilk rəsmi oyunu idi.
Cənubi Azərbaycan nəhəngi çempionatdakı növbəti matçını avqustun 18-də səfərdə “Sepahan”a qarşı keçirəcək. Oyuna saat 21:00-da start veriləcək.


