Fransa nəhəngi PSJ-nin yeni hücumçusu Ferran Torres İspaniya çempionu “Barselona”dan ayrılması ilə bağlı paylaşım edib.
Arena.az xəbər verir ki, ispaniyalı futbolçu Kataloniya klubunun azarkeşlərinə dəstəyə görə təşəkkür edib.
Təcrübəli oyunçu “Barselona”nın formasını geyinməyin onun üçün böyük şərəf olduğunu bildirib.
“Bu rəngləri qorumaq mənim üçün şərəf idi. Birlikdə — “Barselona” ilə çempion olduq, bir çoxumuz isə milli komandalarımızın heyətində də bu uğuru yaşadıq. Mən həmişə komandaya kömək etmək və “Barselona”nı layiq olduğu yerə — zirvəyə qaytarmaq məqsədi ilə çalışdım”, – deyə Ferran Torres sosial şəbəkələrdə yazıb.
Qeyd edək ki, 25 yaşlı hücumçu 2022-ci ildən “Barselona”nın formasını geyinirdi. Torres bundan sonra karyerasını Fransa çempionu PSJ-də davam etdirəcək.


