İngiltərənin “Mançester Siti” klubunun ispaniyalı yarımmüdafiəçisi Rodri bundan sonra “Barselona”nın uğurları üçün çalışacaq.
Arena.az bu barədə İspaniya nəhənginin rəsmi saytına istinadən xəbər verir.
30 yaşlı futbolçunun müqaviləsinin müddəti klub tərəfindən açıqlanmayıb. Bununla belə, tərəflərin 2030-cu ilə qədər nəzərdə tutulmuş anlaşmaya imza atdığı iddia edilir. Rodri avqustun 17-də Barselonaya gedərək yeni klubuna keçidini təsdiqləyib. “Barselona” bu transfer üçün “Mançester Siti”yə 70 milyon avro ödəyib.
İspaniyalı yarımmüdafiəçi 2019-cu ildən “Mançester Siti”də çıxış edirdi. O, İngiltərə klubunun heyətində 4 dəfə Premyer Liqa, 3 dəfə Liqa Kuboku, 2 dəfə İngiltərə Kuboku və UEFA Super Kubokunun qalibi olub. Yarımmüdafiəçi həmçinin Çempionlar Liqası, İngiltərə Super Kuboku və Klublararası dünya çempionatını qazanıb.
Təcrübəli futbolçu İspaniya milli komandasının heyətində 2024-cü ildə Avropa çempionu və 2026-cı ildə dünya çempionu olub. O, DÇ-2026-da mundialın ən yaxşı futbolçusu seçilib.
Rodri 2024-cü ildə “Qızıl top”a layiq görülüb. O, bu mükafatı qazandıqdan sonra “Barselona”ya keçən tarixdə ikinci futbolçu olub. Ondan əvvəl bunu 1971-ci ildə “Qızıl top” qazanan və 1973-cü ildə Kataloniya klubuna keçən əfsanəvi Yohan Kroyf etmişdi.


