Xorxe Dominqes “Atletiko”nun tarixinə düşdü

Xorxe Dominqes Madrid “Atletiko”sunun heyətində futbol üzrə İspaniya çempionatında (La Liqa) çıxış edən ən gənc futbolçu olub.

Arena.az bu barədə paytaxt klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Dominqes Madrid komandasının start heyətində La Liqanın 1-ci turunda “Malaqa”ya qarşı oyunda (2:0) meydana çıxıb. Debüt zamanı ispaniyalı müdafiəçi 16 yaş 241 günlüyündə olub.

Qeyd edək ki, Xorxe Dominqes 21 dekabr 2009-cu ildə Madriddə anadan olub. O, 2026/2027-ci illər mövsümündə UEFA Gənclər Liqasında 6 oyun keçirib və 1 məhsuldar ötürmə edib.

Dominqes 2025-ci ildən İspaniyanın U-15 yığmasında forma geyinir.

Mərkəz müdafiəçisi olan Xorxe həm də sağ cinah müdafiəçisi kimi oynamağı bacarır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: