Formula 1: Lando Norrisin ardıcıl 2-ci zəfəri

Bu gün Formula 1 üzrə dünya çempionatında 2026-cı il mövsümünün növbəti mərhələsinin (12-ci qran-pri) həlledici yarışı baş tutub.

Arena.az xəbər verir ki, budəfəki yarış Niderlandda təşkil olunub.

Niderland qran-prisində Böyük Britaniyanın “Maklaren” komandasının pilotu Lando Norris hamıdan sürətli olub. O, 72 dövrədən ibarət yarışı birinci pillədə başa vurub. Bu, britaniyalı pilotun cari mövsümdə ardıcıl ikinci qələbəsidir. Norris bundan əvvəlki Macarıstan qran-prisində də bütün rəqiblərini geridə qoymuşdu.

Cari mövsümün lideri olan “Mercedes” komandasının pilotu Andrea Kimi Antonelli bu dəfə ikinci yeri tutub. Onun komanda yoldaşı Corc Rassel isə üçüncü yerlə kifayətlənib.

Əvvəlki mövsümlərdə ardıcıl çempionluqlar yaşamış Maks Ferstappen (“Red Bull”) bu yarışda ağır qəza keçirib və mübarizəni yarıda dayandırıb.

Beləliklə, geridə qalmış 12 mərhələdən sonra Kimi Antonelli 242 xalla vahid liderdir. “Mersedes”in digər pilotu Corc Rassel (183) ikincidir. Üçüncü yerdə “Ferrari”nin sürücüsü Luis Hamilton (83) qərarlaşıb.

Mühəndislər Kubokunda “Mersedes” 425 xalla ilk sırada qərarlaşıb. “Ferrari” 338 xalla ikinci, “Maklaren” isə 263 xalla üçüncü yerdə gedir.

Formula 1 üzrə dünya çempionatında 2026-cı il mövsümünün növbəti – 13-cü qran-prisi İtaliyada keçiriləcək. Bu yarış avqustun sentyabrın 6-da təşkil olunacaq.

Formula 1 üzrə dünya çempionatı, 2026

Pilotların yarışında turnir cədvəli:

  1. Kimi Antonelli (Mersedes) – 242
  2. Corc Rassell (Mersedes) – 183
  3. Luis Hamilton (Ferrari) – 183
  4. Lando Norris (Maklaren) – 159
  5. Şarl Lekler (Ferrari) – 155
  6. Maks Ferstappen (Red Bull) – 112
  7. Oskar Piastri (Maklaren) – 104
  8. İsak Hacar (Red Bull) – 68
  9. Liam Louson (Rasinq Bulls) – 49
  10. Pyer Qasli (Alpin) – 44
  11. Arvid Linblad (Rasinq Bulls) – 23
  12. Franko Kolapinto (Alpin) – 19
  13. Oliver Berman (Haas) – 18
  14. Qabriel Bortoleto (Audi) – 10
  15. Niko Hulkenberq (Audi) – 6
  16. Karlos Sayns (Uilyams) – 6
  17. Aleksander Albon (Uilyams) – 5
  18. Esteban Okon (Haas) – 3
  19. Fernando Alonso (Aston Martin) – 3
  20. Yuki Tsona (Rasinq Bulls) – 0
  21. Serxio Peres (Kadillak) – 0
  22. Valtteri Bottas (Kadillak) – 0
  23. Lens Stroll (Aston Martin) – 0

Mühəndislər Kubokunda xal sıralaması:

  1. Mersedes – 425
  2. Ferrari – 338
  3. Maklaren – 263
  4. Red Bull – 186
  5. Rasinq Bulls – 66
  6. Alpin – 63
  7. Haas – 21
  8. Audi –16
  9. Uilyams – 11
  10. Aston Martin – 3
  11. Kadillak – 0
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: