Futbol üzrə Azərbaycan Birinci Liqasında 2026/2027-ci illər mövsümünün 2-ci turunun oyun cədvəli müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) rəsmi saytı vasitəsilə məlumat yayıb.
2-ci turun görüşləri 3 günü əhatə edəcək. Qarşılaşmalar sentyabrın 9-da, 10-da və 11-də keçiriləcəklər. Həm ilk, həm də sonuncu oyun günündə bir qarşılaşma baş tutacaq. İkinci oyun günündə isə üç görüş keçiriləcək.
Birinci Liqa
2-ci tur
9 sentyabr
“Şahdağ Qusar” – “Karvan”
Binə qəsəbə stadionu, 16:30.
10 sentyabr
“Zaqatala” – “Baku Sportinq”
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 16:30.
“Səbail” – “Mingəçevir”
Binə qəsəbə stadionu, 16:30.
“Gəncəbasar” – “Xankəndi”
Gəncə şəhər stadionu, 17:00.
11 sentyabr
MOİK – “Şimal”
Binə qəsəbə stadionu, 16:30.


