Birinci Liqa: 3-cü turun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan Birinci Liqasında 2026/2027-ci illər mövsümünün 3-cü turunun oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) rəsmi saytı vasitəsilə məlumat yayıb.

3-cü turun görüşləri 3 günü əhatə edəcək. Qarşılaşmalar sentyabrın 16-da, 17-də və 18-də keçiriləcəklər. Həm ilk, həm də sonuncu oyun günündə bir qarşılaşma baş tutacaq. İkinci oyun günündə isə üç görüş keçiriləcək.

Birinci Liqa
3-cü tur

16 sentyabr

“Karvan” – “Zaqatala”
Yevlax şəhər stadionu, 16:30.

17 sentyabr

“Şimal” – “Şahdağ Qusar”
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 16:30.

“Mingəçevir” – “Gəncəbasar”
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 16:30.

“Baku Sportinq” – “Səbail”
“Baku Sportinq Arena”, 16:30.

18 sentyabr

“Xankəndi” – MOİK
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: