Adama Traore “Deportivo”da!

İspaniya millisinin və İngiltərənin “Vest Hem” klubunun sağ vingeri Adama Traore bundan sonra “Deportivo”nun uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə İspaniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

30 yaşlı futbolçu ilə 2 illik (2028-ci ilin 30 iyununadək) müqavilə imzalanıb. Traore yeni klubuna azad agent kimi keçib.

Adama Traore “Barselona”nın yetirməsidir. O, “Aston Villa”, “Midlsbro”, “Vulverhempton”, “Fulhem” kimi klublarda da forma geyinib. “Vest Hem” Traoreni 2026-cı ilin yanvarında 2,3 milyon avro müqabilində heyətinə qatmışdı. O, bu komandada 12 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.

Traore 2020-ci ildə debüt etdiyi İspaniya yığmasının heyətində 8 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Transfermarkt” internet-portalı 30 yaşlı vingerin transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: