A Seriyası: “Atalanta” 1, “Roma” 4 qolla qalib gəldi

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2026/2027-ci illər mövsümünün 2-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Səfərdə “Leççe” ilə qarşılaşmış “Roma” cavabsız qolla qalib gəlib. “Atalanta” isə doğma meydanda “Bolonya”nı tək qolla üstələyib.

Beləliklə, geridə qalmış iki turdan sonra “Roma”, “İnter”, “Milan”, “Yuventus”, “Atalanta” və “Latsio” itkisiz irəliləyirlər və hər birinin 6 xalı var.

İtaliya, A Seriyası
2-ci tur

28 avqust

Milan – Venesiya 2:0

29 avqust

Fiorentina – Frozinone 0:3
Montsa – Udineze 2:3
Sassuolo – Torino 2:1
Yuventus – Parma 2:0

30 avqust

Napoli – Komo 1:2
Kalyari – İnter 0:1
Latsio – Cenoa 1:0

31 avqust

Leççe – Roma 0:4
Atalanta – Bolonya 1:0

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: