Premyer Liqa: 7-ci tur Şamaxıda başlayıb Sumqayıtda bitəcək

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 7-ci turunun oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) rəsmi saytı vasitəsilə məlumat yayıb.

Turun oyunları üç günü əhatə edəcək. Qarşılaşmalar oktyabrın 9-da, 10-da və 11-də keçiriləcək. Hər gün iki oyun təşkil ediləcək. Şamaxıda start veriləcək tura Sumqayıtda yekun vurulacaq.

PFL-in açıqlamasında o da qeyd edilir ki, “Sumqayıt” – “Qəbələ” oyunundan 7 gün öncə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun qazonuna baxış keçiriləcək.

Premyer Liqa
7-ci tur

9 oktyabr

“Araz-Naxçıvan” – “Kəpəz”
Şamaxı şəhər stadionu, 16:00.

“Neftçi” – “Sabah”
“Neftçi Arena”, 19:30.

10 oktyabr

“Sumqayıt” – “Qəbələ”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30.

“Zirə” – “Şamaxı”
Zirə İdman Kompleksinin stadionu, 17:00.

11 oktyabr

“İmişli” – “Qarabağ”
Yevlax şəhər stadionu, 16:00.

“Şəfa” – “Turan-Tovuz”
“Sumqayıt Arena”, 18:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: