U-15 millimiz Maltadakı ilk oyununda Latviyaya uduzdu

15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-15) Maltada təşkil edilmiş UEFA İnkişaf Turnirində ilk oyununu keçirib.

Arena.az xəbər verir ki, millimiz ilk turda Latviya yığması ilə üz-üzə gəlib.

Komandamız bu oyunda 0:3 hesabı ilə məğlub olub.

U-15 millimiz növbəti oyununda oktyabrın 23-də Litva milli komandası ilə qarşılaşacaq. Komandamız sonuncu qarşılaşmasını isə oktyabrın 26-da meydan sahibi Malta yığmasına qarşı keçirəcək. “Sentinari” stadionunda təşkil olunacaq hər iki görüşə Bakı vaxtı ilə saat 15:30-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: