Liqa 1-də “Tuluza” və “Trua” komandaları arasında keçirilməli olan oyunun vaxtı mümkün etiraz aksiyaları səbəbindən dəyişdirilib.
Arena.az xəbər verir ki, bu barədə RMC Sport telekanalı məlumat yayıb.
Oktyabrın 24-nə planlaşdırılan qarşılaşma bir gün sonraya – oktyabrın 25-nə keçirilib. Həmin gün Fransa çempionatında “Lans” və “Paris” komandaları arasında da oyun keçirilməlidir.
Qeyd edək ki, Fransada “sarı jiletlilər” hərəkatı yanacağın qiymətinin artmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına etiraz olaraq yeni aksiyalar keçirməyi planlaşdırır.
Ötən həftəsonu ölkədə keçirilən nümayişlərdə təşkilatçıların hesablamalarına görə, 800 min nəfər iştirak edib. Fransa Daxili İşlər Nazirliyi isə iştirakçıların sayını 550 min nəfər olaraq açıqlayıb.
Bir sıra şəhərlərdə etirazlar iğtişaşlara və polislə toqquşmalara çevrilib. Fransanın ədliyyə naziri Jerald Darmanenin sözlərinə görə, oktyabrın 17-də təxminən 3 min mağaza qarət edilib, 2 500-dən çox şəxs saxlanılıb.
Baş verənlər Liqa 1-in təqviminə də təsirsiz ötüşməyib. Belə ki, digər oyunlardan da hansılarınsa təxirə salınması istisna edilmir.


