AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Premyer Liqasının 8-ci turundakı mübahisəli epizodlara şərh verib.
Arena.az xəbər verir ki, komitə sədri ənənəyə uyğun olaraq, 7-ci turun oyunlarında qeydə alınmış mübahisəli epizodlarla da bağlı fikirlərini bildirib.
Rəhim Həsənov bütövlükdə 6 oyunda qeydə alınmış 8 mübahisəli epizoda şərh verib. “Şamaxı” – “Şəfa” və “Qəbələ” – “Sabah” oyunlarında iki mübahisəli epizod olsa da, komitə sədri hakimlərin doğru qərarlar verdiyini bildirib. “Sumqayıt” – “Araz-Naxçıvan”, “Qarabağ” – “Neftçi”, “İmişli” – “Turan Tovuz” və “Kəpəz” – “Zirə” matçlarında isə 1 mübahisəli epizod olub ki, Həsənov həmin epizodlarda da düzgün qərarlar qəbul edildiyini vurğulayıb.
Bundan əlavə, R.Həsənov 7-ci turda “Neftçi” – “Sabah” oyunundakı mübahisəli epizoda da münasibət bildirib. O, ədalət təmsilçisinin həmin vəziyyət zamanı da düzgün qərar qəbul etdiyini deyib.
AFFA Hakimlər Komitəsinin sədrinin Premyer Liqanın son oyunlarındakı mübahisəli epizodları təhlil etdiyi həmin videonu təqdim edirik:


