Xviça Kvaratsxeliya əməliyyat olunacaq – çarpaz bağlarının qopub

Fransanın PSJ klubunun gürcüstanlı vingeri Xviça Kvaratsxeliya ön çarpaz bağlarının qopması ilə nəticələnən ağır zədə alıb.

Arena.az xəbər verir ki, bu barədə Paris klubunun mətbuat xidməti məlumat yayıb.

Kvaratsxeliya UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda “Barselona”ya qarşı keçirilən və PSJ-nin 4:2 hesablı qələbəsi ilə başa çatan oyunun ikinci hissəsində zədələnərək əvəzlənmişdi. Klubun açıqlamasına görə, 25 yaşlı futbolçu əməliyyat olunacaq.

Həmin qarşılaşmada PSJ-nin digər iki futbolçusu – fransalı vinger Usman Dembele və braziliyalı müdafiəçi Markinyos da zədələniblər. Hər iki oyunçunun bud nahiyəsində zədə aşkarlanıb və onlar bir neçə həftə meydana çıxa bilməyəcəklər.

Xviça Kvaratsxeliya 2025-ci ilin qışında PSJ-yə keçib. O, cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla 11 oyunda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə verib.

Gürcüstanlı futbolçu PSJ ilə iki dəfə Çempionlar Liqasının, Fransa çempionatının və UEFA Super Kubokunun qalibi olub. O, daha əvvəl “Napoli”nin heyətində İtaliya çempionatını iki dəfə qazanıb.

Qeyd edək ki, Kvaratsxeliya 2025/2026 mövsümünün nəticələrinə əsasən “Qızıl top” mükafatına namizədlər siyahısına da daxil edilib. Ötən il keçirilən səsvermədə isə o, 12-ci yeri tutub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: