“Barselona” Dani Olmonu bir ay müddətinə itirdi

İspaniya çempionu “Barselona”nın yarımmüdafiəçisi Dani Olmo zədə səbəbindən təxminən bir ay yaşıl meydanlardan kənarda qalacaq.

Arena.az xəbər verir ki, bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb.

Tibbi müayinələrin nəticələrinə əsasən, ispaniyalı futbolçunun sol budunun adduktor əzələsində zədə aşkarlanıb. Olmo zədəni UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turunda PSJ ilə keçirilən oyunda (2:4) alıb. O, qarşılaşmanın 27-ci dəqiqəsində əvəzlənərək meydanı tərk edib.

Bu zədə “Barselona” üçün xüsusilə əlverişsiz vaxta təsadüf edib. Olmo oktyabrın 26-da “Real”a qarşı keçiriləcək “el klasiko”nu, həmçinin “Alaves”, “Aston Villa” və “Atletiko” ilə oyunları buraxmalı olacaq. Onun noyabrın 22-də “Vilyarreal”a qarşı matçda meydana qayıtması mümkündür, lakin bu, bərpa prosesinin gedişindən asılı olacaq.

Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi cari mövsümdə “Barsa”nın heyətində bütün turnirlərdə 12 oyun keçirib, 1 qol vurub və 4 məhsuldar ötürmə verib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: