FİFA “The Times” qəzetinin Canni İnfantinonun əməkhaqqı ilə bağlı həqiqətə uyğun olmayan məlumat yaymasına görə üzrxahlığını qəbul edib.
Arena.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Oktyabrın 13-də “The Times” nəşri 2024-cü ildə İnfantinonun FİFA-dan ikinci maaş aldığını iddia edən məqalə dərc edib. Oktyabrın 20-də isə qəzet rəsmi təkzib yayımlayaraq Canni İnfantinodan və qurumdan üzr istəyib. FİFA nəşrin üzrxahlığını qəbul etdiyini açıqlayıb.
Qeyd edək ki, Canni İnfantino 2016-cı ildən FIFA-ya rəhbərlik edir. İsveçrəli funksioner 2019-cu və 2023-cü illərdə keçirilən seçkilərdə yenidən prezident seçilib. Onun hazırkı səlahiyyət müddəti 2027-ci ildə başa çatmalıdır. Amma o, növbəti dəfə bu quruma prezident seçilmək üçün nümizədliyini irəli sürməyə hazırlaşır.


