“Betis”in yarımmüdafiəçisi Fakundo Bernal “Barselona”nın vingeri Lamin Yamalı baş zərbəsi ilə vurduğu üçün 4 oyunluq cəzalandırılıb.
Arena.az xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının İntizam Komitəsi qərar qəbul edib.
Hadisə İspaniya La Liqasının 9-cu turunun “Betis” – “Barselona” matçında baş verib. İkinci hissənin əvvəlində Lamin Yamal komanda yoldaşının tərəfini saxladıqdan sonra Fakundo Bernal onun üzünə zərbə endirib. Bu qayda pozuntusuna görə Sevilya təmsilçisinin futbolçusu birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
23 yaşlı Fakundo Bernalın cəzası İspaniya Kubokunun oyunlarına da şamil edilir. Yarımmüdafiəçinin noyabrın 22-də “Seviliya” ilə görüşdə meydana qayıdacağı gözlənilir.
Xatırladaq ki, “Barselona” “Betis”lə səfər oyunundan 5:2 hesablı qələbə ilə ayrılmışdı.


