Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2026/2027-ci illər mövsümünün Liqa mərhələsinin 2-ci turunun oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, turun bütün oyunları eyni günə təsadüf edəcək.
Azərbaycanlı futbolçu Zamiq Əliyevin formasını geyindiyi Albaniyanın “Eqnatiya” komandası səfərdə “Orhus”la (Danimarka) üz-üzə gələcək. Murad Məmmədovun komandası “Pafos” (Kipr) isə Latviya “Riqa”sını qəbul edəcək.
Türkiyənin “Trabzonspor” komandası bu turda Şotlandiya təmsilçisi “Harts”la üz-üzə gələcək.
Avropa Konfrans Liqası
Liqa mərhələsi, 2-ci tur
22 oktyabr
18:30. Kayrat (Qazaxıstan) – Panatinaikos (Yunanıstan)
20:45. Srvena Zvezda (Serbiya) – Kopenhagen (Danimarka)
20:45. Xetafe (İspaniya) – Luqano (İsveçrə)
20:45. İberiya (Gürcüstan) – Maylbü (İsveç)
20:45. İnter Eskaldes (Andorra) – Universitatya (Krayova, Rumıniya)
20:45. Yablonets (Çexiya) – Brayton (İngiltərə)
20:45. Kauno Jalgiris (Litva) – Brann (Norveç)
20:45. Nordsyelland (Danimarka) – ÇSKA (Sofiya, Bolqarıstan)
20:45. Pafos (Kipr) – Riqa (Latviya)
20:45. Trabzonspor (Türkiyə) – Harts (Şotlandiya)
23:00. Orhus (Danimarka) – Eqnatiya (Albaniya)
23:00. Ayaks (Niderland) – Atalanta (İtaliya)
23:00. Borats (Bosniya və Herseqovina) – KuPS (Finlandiya)
23:00. Braqa (Portuqaliya) – Gent (Belçika)
23:00. Linkoln (Cəbəllüttariq) – Tvente (Niderland)
23:00. Midtyulland (Danimarka) – Sent-Trüden (Belçika)
23:00. Monako (Fransa) – Frayburq (Almaniya)
23:00. Tun (İsveçrə) – Hayduk (Split, Xorvatiya)


