Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2026/2027-ci illər mövsümünün əsas mərhələsinin 3-cü turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə də 9 qarşılaşma baş tutub.
Türkiyə çempionu “Qalatasaray” Fransada “Lill” ilə üz-üzə gəlib. Altı qolluq oyun İstanbul təmsilçisinin inamlı qələbəsi ilə bitib.
Turun ən maraqlı oyunlarından biri Almaniya çempionu “Bayern”lə İngiltərə çempionu “Arsenal” arasında keçirilib. Dörd olun qeydə alındığı matçda qalib müəyyənləşməyib.
ÇL-i ən çox qazanmış Madrid “Real”ı isə İspaniyada Almaniyanın “Leypsiq” komandasını sınağa çəkib və darmadağına imza atıb.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 3-cü tur
20 oktyabr
Komo (İtaliya) – Mançester Yunayted (İngiltərə) 4:1
Lill (Fransa) – Qalatasaray (Türkiyə) 2:4
Aston Villa (İngiltərə) – Vikinq (Norveç) 3:1
Bayern (Almaniya) – Arsenal (İngiltərə) 2:2
Betis (İspaniya) – Feyenoord (Niderland) 1:0
Brügge (Belçika) – Lans (Fransa) 3:0
İnter (İtaliya) – Şaxtyor (Donetsk, Ukrayna) 1:0
Real (İspaniya) – Leypsiq (Almaniya) 4:1
Sportinq (Portuqaliya) – LASK (Avstriya) 2:3


