İngiltərənin “Tottenhem” klubunun mərkəz yarımmüdafiəçisi Pape Matar Sarr bundan sonra “Yuventus”un uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə İtaliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Turin təmsilçisi 23 yaşlı seneqallı futbolçunu 2027-ci ilin 30 iyununadək satınalma şərti ilə icarəyə götürüb. “Yuventus” Sarın bir mövsümlük icarəsi üçün “Tottenhem”ə 2,8 milyon avro ödəyib.
Pape Matar Sarr peşəkar karyerasına Fransanın “Mets” klubunda başlayıb. O, 2021-ci ilin avqustunda məhz bu klubdan “Tottenhem”ə gəlib. Seneqallı oyunçu İngiltərə klubunun heyətində 141 oyuna çıxıb, 11 qol və 11 məhsuldar ötürmə müəllifi olub.
Sarr 2021-ci ilin mart ayında debüt etdiyi Seneqal yığmasının heyətində 42 oyuna çıxıb, 4 qol vurub, 2 assistlə yadda qalıb.
“Transfermarkt” internet-portalı 23 yaşlı seneqallı yarımmüdafiəçinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.


