Yann Lyenar “Monako”nu Belçika klubuna dəyişdi

“Monako”nun qapıçısı Yann Lyenar bundan sonra karyerasını Belçikanın “Serkl Brügge” klubunun heyətində davam etdirəcək.

Arena.az bu barədə sözügedən klubun rəsmi saytına istinadən xəbər verir.

23 yaşlı qolkiper 2026/2027-ci illər mövsümünün sonuna qədər “Serkl Brügge”də icarədə olacaq. Müqavilədə futbolçunun transfer hüquqlarının alınmasına dair şərt nəzərdə tutulmayıb.

Yann Lyenar “Monako” akademiyasının yetirməsidir. 23 yaşlı qolkiper bu klubun əsas komandasının heyətində cəmi 1 oyun keçirib, 1 qol buraxıb.

Liqa 1 təmsilçisində heyətə düşməkdə çətinlik çəkən Lyenar Belçika çempionatında çıxış edən klubda özünü inkişaf etdirmək imkanı qazanacaq. “Serkl Brügge” “Monako”nun tərəfdaşı olan klublardan biridir. Fransalı qapıçı yeni komandasında “Monako”nun icarə əsasında göndərdiyi digər futbolçular – müdafiəçi Vali Konate və hücumçu Lukas Mixaillə birgə çıxış edəcək.

“Serkl Brügge” hazırda Belçika çempionatında turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Lyenar Fransanın U-17, U-19 və U-20 yığmalarında forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: