Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 4-cü turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun gününün sonuncu oyunu “Kəpəz”lə “Şamaxı” arasında keçirilib.
Gəncə şəhər stadionunda baş tutmuş matçın baş hakimi Vüqar Həsənli olub. Oyun meydan sahibləri üçün uğursuz alınıb. Beş qolun qeydə alındığı görüşdə qonaqlar darmadağına seviniblər.
Premyer Liqa
4-cü tur
4 sentyabr
“Kəpəz” – “Şamaxı” 1:4
Qollar: Desmond Akua, 56 – Tornike Axlediani, 9. Uğur Cahangirov, 21. Ayman Buali, 63. Həbib İsmayılov, 76.
Hakimlər: Vüqar Həsənli, Rəhman İmami, Gülnurə Əkbərzadə, Namiq Bəkirov.
VAR: Nicat İsmayıllı.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Əmrah İbrahimov.
Gəncə şəhər stadionu, 20:15.
Kəpəz: 1. Rojerio Santos, 7. Namik Ələskərov, 20. Rafael Məhərrəmli, 29. Dioqo Verdaska (k), 9. Kennet Kalunqa, 21. Azuma Abubakar, 11. Viktor Stina, 3. Mahamadu Ba, 14. Adama Fofana, 4. Mate Abuladze, 27. Desmond Akua.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 81. Elgün Bayramov, 34. Ürfan Abbasov, 10. Rəhman Hacıyev, 6. Vadim Abdullayev, 99. Əli Səmədov, 8. Şakir Seyidov, 17. Ümid Səmədov, 2. Arzu Atakişiyev, 70. Şahnur İsmayılov, 66. David Domqjoni, 33. Benito.
Baş məşqçi: Azər Məmmədov.
Şamaxı: 1. Rikardo Fernandes (k), 5. Emin Rüstəmov, 97. Oruc Məmmədov, 10. Edqar Adilxanov, 25. Filipe Markes, 13. Rikardo Apolinario, 9. Tornike Axvlediani, 11. Ayman Bouali, 3. Jota, 4. Rui Paçeko, 52. Abdul Raşid Mumini.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 96. Nicat Qaragözlü, 14. Uğur Cahangirov, 80. Həbib İsmayılov, 2. Fariz Xeyrullayev, 7. Emil Süleymanov, 77. Okan Təhməzli, 88. Hacıəli Şirəliyev, 17. Sənan Muradlı, 66. Ceyhun Bağırzadə, 8. Teşaqer Dequ, 19. Abdullahi Şuaybu.
Baş məşqçi: Azər Bağırov.


