Bu gün keçirilmiş oyunla futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2026/2027-ci illər mövsümünün 4-cü turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Başakşəhər” doğma meydanda son çempion “Qalatasaray”la üz-üzə gəlib. Beş qolun qeydə alındığı görüşdə qonaqlar qələbə qazanıblar.
Qeyd edək ki, 4-cü turun qalan görüşləri sentyabrın 5-də, 6-da və 7-də keçiriləcək.
Türkiyə, Super Liqa
4-cü tur
4 sentyabr
Başakşəhər – Qalatasaray 2:3
5 sentyabr
18:00. Ərzurumspor – Konyaspor
21:00. Fənərbağça – Beşiktaş
6 sentyabr
18:00. Çorum – Eyüpspor
18:00. Kasımpaşa – Amedspor
21:00. Kocaelispor – Samsunspor
21:00. Trabzonspor – Gənclərbirliyi
7 sentyabr
21:00. Göztəpə – Qaziantep
21:00. Rizəspor- Alanyaspor


