Bundesliqa: “Ştutqart”dan “Köln”ə 4 qol

Bu gün keçirilmiş oyunla futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2026/2027-ci illər mövsümünün 2-ci turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Ştutqart” doğma meydanda “Köln”lə üz-üzə gəlib. Beş qolun qeydə alındığı oyunda meydan sahibləri darmadağına seviniblər.

Qeyd edək ki, 2-ci turun qalan görüşləri sentyabrın 5-də və 6-da baş tutacaq.

Almaniya, Bundesliqa
2-ci tur

4 sentyabr

Ştutqart – Köln 4:1

5 sentyabr

17:30. Borussiya (Mönhenqladbax) – Elversberq
17:30. Bayer – Union Berlin
17:30. Hoffenhaym – Borussiya (Dortmund)
17:30. Paderborn – Frayburq
17:30. Verder – Leypsiq
20:30. Şalke – Bayern

6 sentyabr

17:30. Hamburq – Maynts
19:30. Ayntraxt – Auqsburq

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: