Elvin Yunuszadə oynadı, “Boluspor” 6 qola üzüldü

Azərbaycan millisinin sabiq mərkəz müdafiəçisi Elvin Yunuszadə Türkiyənin “Boluspor” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda bu gün Türkiyə Birinci Liqasının 2026/2027-ci illər mövsümünün 6-cı turu çərçivəsində “Bandırmaspor”la üz-üzə gəlib.

Bolu təmsilçisi səfər matçında 0:6 hesablı darmadağına üzülüb. Yunuszadə start heyətdə meydana çıxıb və 60-cı dəqiqədə əvəzlənib. Bundan 2 dəqiqə öncə isə o, sarı vərəqə ilə cəzalanıb.

“Boluspor” cari mövsümdə keçirdiyi 6 oyunun hamısından məğlubiyyətlə ayrılmış yeganə komandadır və 20 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb. Elvin bu görüşlərdən 2-də meydana çıxıb.

Xatırladaq ki, “Boluspor” Yunuszadənin karyerasında legioner həyatı yaşadığı üçüncü klubdur. Müdafiəçi daha öncə Bosniya və Herseqovinanın “Çelik”, Şimali Makedoniyanın “Şkupi” klublarında da forma geyinib. O, “Netçi”, “Qarabağ”, “Sabah”, “Səbail”, “Şamaxı”, “Kəpəz”, “İrəvan”, “Qəbələ” və “Karvan”ın da uğurları üçün çalışıb. Stopper mövqeyində çıxış edən Elvin Yunuszadə Azərbaycan millisinin də formasını geyinib. O, millimizin heyətində 3 oyuna çıxıb, 1 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: